Ara
AZN
Türk
TÜM KATEGORİLER
    Menu Close

    TRISED

    Üretici: Bəyaz Flora
    TRISED 25ml
    3,50 ₼
    VB Bonus: +0,1800
    i h
    Alıcı
    *
    *
    Nakliye Yöntemi
    Ad
    Tahmini Kargo
    Fiyat
    Gönderim seçeneği yok

    Tərkibi (25 ml üçün):

    Dərman pişikotu (Valeriana officinalis) kökünün cövhəri (1:10) - 2,5 ml Adi damotu (Leonurus cardiaca) otunun cövhəri (1:10) - 10 ml Yemişan (Crataegus monogyna) meyvəsinin cövhəri (1:20) - 10 ml Dərman bədrənci (Melissa officinalis) yarpağının cövhəri (1:10) - 2,5 ml

    Məhsul haqqında məlumat:

    TRİSED – Mərkəzi Sinir Sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün qidanı bioloji fəallığa malik qida maddələri ilə zənginləşdirən vasitədir.

    Əks göstərişlər:

    Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.

    İstifadə qaydası və dozası:

    18 yaşdan yuxarı böyüklər:

    20 damcı gündə 3 dəfə, su ilə durulaşdıraraq daxilə qəbul etməlidir. Tövsiyə edilən sutkalıq doza yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!

    Əlavə təsirləri:

    Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa heç bir əlavə təsir müşahidə olunmayır.

    Xəbərdarlıq:

    TRİSED məhsulu xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz! BFMQƏ normal qidalanmanı əvəz etmir! Xəstəlik, dərman istifadəsi zamanı və ya digər hallarda həkimlə məsləhətləşin!

    Buraxılış forması:

    TRİSED – daxilə qəbul üçün məhlul – damcı 25 ml flakonda, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir. Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.

    Saxlanma şəraiti:

    Qablaşma qutusunda 25°C-dən aşağı temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.

    Yararlılıq müddəti:

    3 il. İstehsal tarixi qutunun üzərində qeyd olunub.

    Yararlılıq müddəti bitmiş məhsuldan istifadə etmək olmaz.

    Aptekdən buraxılma şərti: Reseptsiz.