Search
AZN
English
All Categories
    Menu Close

    Polikardion

    Manufacturer: Bəyaz Flora
    Polikardion 100 ml
    12,00 ₼
    VB Bonus: +0.6000
    i h
    Ship to
    *
    *
    Shipping Method
    Name
    Estimated Delivery
    Price
    No shipping options

    Polikardion 100 ml (Bioloji fəallığa malik qida əlavəsininistifadəsi üzrə təlimat)

    Tərkibi:

    10 ml şərbətin tərkibinə daxildir:

    Təsiredici maddələr:

    L-Karnitin (L-Karnitinum) – 300 mq Koenzim Q – 10 mq C vitamini (Askorbin turşusu) – 100 mq

    Köməkçi maddələr:

    Saxaroza (Saccharosum), Natrium benzoat (Natrium benzoicum), Kalium sorbat (Kalii sorbas), Qliserin (Glyserolum), Limon turşusu (Acidum citricum), Ksantan kitrəsi (Xanthomonas campestris), Qatı moruq şirəsi (Raspberry juice concentrate), Təmizlənmiş su (Purified water).

    Məhsul haqqında məlumat:

    Polikardion - Orqanizmin müqavimətini artırmaq, ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ-dir.

    Əks göstərişlər: Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq. 4 yaşına qədər uşaqlar.

    İstifadə qaydası və dozası: 4-7 yaş uşaqlar: 5 ml gündə 2 dəfə yeməkdən 30 dəqiqə sonra;

    8-14 yaş uşaqlar: 10 ml gündə 2 dəfə yeməkdən 30 dəqiqə sonra;

    14 yaşdan yuxarı uşaqlar və böyüklər: 15 ml gündə 2 dəfə yeməkdən 30 dəqiqə sonra;

    Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!

    Əlavə təsirləri:

    Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.

    Xəbərdarlıq:

    Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir. Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz! Tövsiyə edilən sutkalıq dozanı aşmayın! Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər hallarda həkimlə məsləhətləşin! Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir. 4-14 YAŞ UŞAQLAR ÜÇÜN UYĞUNDUR!

    Buraxılış forması: Şüşə flakonda, şərbət formasında, 100 ml, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.