Search
AZN
English
All Categories
    Menu Close

    Paradise

    Manufacturer: Bəyaz Flora
    Paradise 30 kapsul
    10,50 ₼
    VB Bonus: +0.5250
    i h
    Ship to
    *
    *
    Shipping Method
    Name
    Estimated Delivery
    Price
    No shipping options

    Paradise № 30 Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat

    Tərkibi: (1 kapsul üçün)

    Təsiredici maddələr:

    Melatonin (Melatoninum) - 1 mq İnkarnat qonaqotu (Passiflora incarnata) yarpağının quru ekstraktı - 50 mq Adi damotu (Leonurus cardiaca) otunun quru ekstraktı - 50 mq Yemişan (Crataegus monogina) meyvəsinin quru ekstraktı - 50 mq Dərman bədrənci (Melissa officinalis) yarpağının quru ekstraktı - 50 mq Adi dazıotu (Hypericum perforatum) otunun quru ekstraktı - 20 mq Maqnezium (Maqnezium hidroksid formasında) - 50 mq Vitamin B6 (Piridoksin hidroxlorid formasında) - 6 mq

    Köməkçi maddələr:

    Qarğıdalı nişastası, Maqnezium stearat, Silisium dioksid, Təbii jelatin (kapsulların örtüyünü hazırlamaq üçün).

    Məhsul haqqında məlumat: Paradise - Mərkəzi Sinir Sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün qidani bioloji fəal maddələrlə zənginləşdirən BFMQƏ-dir.

    Əks göstərişlər:

    Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.

    İstifadə qaydası və dozası: Paradise yeməkdən sonra bol miqdarda su ilə daxilə qəbul edilir. Böyüklər: 1 kapsul gündə 1 dəfə Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!

    Əlavə təsirləri:

    Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.

    Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir. Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz! Tövsiyə edilən sutkalıq dozanı aşmayın! Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər hallarda həkimlə məsləhətləşin! Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir.

    Buraxılış forması: Paradise kapsullar № 10 olmaqla 3 blister, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.