Kilian Angel’s Share özünəməxsus tərkibi ilə niche ətirlər arasında fenomen olmuş, isti-spirtli və gurmand strukturu ilə tanınır. Açılışda hiss olunan konyak akordu ətirə həm lüks, həm də unikal bir xarakter verir. Bu akord tezliklə darçının isti, ədviyyəli notları ilə birləşərək payız və qış gecələrini xatırladan bir atmosfer yaradır.