Поиск
AZN
Русский
ВСЕ КАТЕГОРИИ
    Menu Close

    D- Major Uşaqlar və böyüklər üçün D vitamini

    Производитель: Bəyaz Flora
    D- Major Uşaqlarda və böyüklərdə raxit qarşısının alınması. Uşaqlarda və yetkinlərdə D3 vitamini çatışmazlığı ilə əlaqəli xəstəliklərin qarşısının alınması. Tam müddətli və vaxtından əvvəl doğulmuş körpələrdə raxitin qarşısının alınması. Öd sirrozu, mədə və/və ya nazik bağırsaq rezeksiyasından sonrakı vəziyyətlər, D3 vitamini çatışmazlığı ilə əlaqəli xəstəliklərin qarşısının alınması. Yenidoğulmuşlarda, uşaqlarda və yetkinlərdə raxitin müalicəsi (45 yaşdan yuxarı xəstələrdə mineral mübadiləsi pozğunluqları, zədə səbəbindən uzun müddətli immobilizasiya və süd və süd məhsullarından imtina edən pəhrizlər səbəbindən). Yetkinlərdə osteoporoz üçün dəstəkləyici terapiya. Qan laxtalanması zamanı Baş və əllərin tərləməsi zamanı. Saç tökülməsi, dırnaq qırılması zamanı Xroniki yorğunluq zamanı.
    Поставщик: Rəşad Bəyaz Flora
    7,00 ₼
    VB бонусы: +0,3500
    i h
    Доставить в
    *
    *
    Спопсоб доставки
    Название
    Ориентировочная дата доставки
    Цена
    Нет способов доставки

    Tərkibi (15 ml üçün):

    Təsiredici maddələr: Vitamin D (Xolekalsiferol formasında) – 50 000 BV Vitamin K2 (Menoksinon formasında) – 300 mkq

    Faydaları:Uşaqlarda və böyüklərdə raxit qarşısının alınması. Uşaqlarda və yetkinlərdə D3 vitamini çatışmazlığı ilə əlaqəli xəstəliklərin qarşısının alınması. Tam müddətli və vaxtından əvvəl doğulmuş körpələrdə raxitin qarşısının alınması. Öd sirrozu, mədə və/və ya nazik bağırsaq rezeksiyasından sonrakı vəziyyətlər, D3 vitamini çatışmazlığı ilə əlaqəli xəstəliklərin qarşısının alınması. Yenidoğulmuşlarda, uşaqlarda və yetkinlərdə raxitin müalicəsi (45 yaşdan yuxarı xəstələrdə mineral mübadiləsi pozğunluqları, zədə səbəbindən uzun müddətli immobilizasiya və süd və süd məhsullarından imtina edən pəhrizlər səbəbindən). Yetkinlərdə osteoporoz üçün dəstəkləyici terapiya. Qan laxtalanması zamanı Baş və əllərin tərləməsi zamanı. Saç tökülməsi, dırnaq qırılması zamanı Xroniki yorğunluq zamanı.

    Köməkçi maddələr: Zeytun yağı, α-Tokoferol asetat (E 307).

    Məhsul haqqında məlumat: D-Major - D3 və K2 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ-dir.

    Əks göstərişlər: Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq, hiperkalsemiya, hiperkalsiuria və hipervitaminoz D, cari xroniki hiperkalseamiya olan xəstələrdə böyrək daşları (nefrolitiaz, nefrokalsinoz).

    İstifadə qaydası və dozası: D-Major səhər yeməyi zamanı və ya yeməkdən sonra daxilə qəbul olunur.

    Məhsulun 1 ml-də 20 damcı mövcuddur. 1,5-4 yaş uşaqlar: 2-3 damcı, gündə 1 dəfə. 4-14 yaş uşaqlar: 4-5 damcı, gündə 1 dəfə. 14 yaşdan yuxarı uşaqlar və böyüklər: 8-9 damcı, gündə 1 dəfə. Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!

    Əlavə təsirləri: Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.

    Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir. Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz! Tövsiyə edilən sutkalıq dozanı aşmayın! Hamiləlik, laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər hallarda həkimlə məsləhətləşin! Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir!

    Buraxılış forması: D-Major - daxilə qəbul üçün məhlul - damcı 15 ml şüşə flakonda, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.

    Saxlanma şəraiti: Qablaşma qutusunda 25 °C-dən aşağı temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.

    Yararlılıq müddəti: 3 il İstehsal tarixi qutunun üzərində qeyd olunub.

    Yararlılıq müddəti bitmiş məhsuldan istifadə etmək olmaz.

    Aptekdən buraxılma şərti: Reseptsiz.

    Ключевые слова